2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 1720,9 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8,9% çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsinin yarımillik hesabatında məlumat verilib.
İyunda respublikada 325 kq qızıl hasil olunub.
Hasil edilən qızıl emala göndərilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda 4 min 238,6 kq qızıl hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 31,7% azdır.
Gümüş hasilatı 20,4% artırıb
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 1719,1 kq gümüş hasil olunub ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 20,4% çoxdur.
İyunda ölkədə 354,2 kq gümüş hasil olunub.
1 iyul 2019-cu il tarixinə istehsalçı şirkətlərin anbarlarında hasil olunan gümüşün ehtiyat həcmi 629,2 kq təşkil edir.
2018-ci ildə Azərbaycanda 2 min 671,1 kq gümüş hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 3,8 dəfə çoxdur.
Marja