ABŞ Konqresinin üzvləri, şirkətin hərəkətlərinin nəticələrini araşdırmaq üçün daha çox vaxta ehtiyacları olduğunu bildirərək “Facebook”dan “Libra” prosesinə fasilə verməsini istəyib.
Maliyyə xidmətlər sahəsindəki komitənin sədri, konqresmen Maxine Water və alt komitə sədrləri yazdıqları məktubda, “Facebook”dan planları dərhal dayandırmasını istəyiblər. Məktubda, "Facebook hazırda dünya əhalisinin dörddə birinin istifadə etdiyi bir platformadır. Facebook və tərəfdaşlarının, bu məsələ ilə bağlı araşdırma başa çatana qədər planları dayandırmaları vacibdir. “Libra”nın riskləri və faydaları haqqında hökumətlə açıq müzakirələr aparmağı və hüquqi həll yollarını araşdırmağı planlaşdırırıq",- ifadəsi istifadə edilib.
ABŞ Konqresi 17 İyulda “Libra”nı müzakirə etmək üçün bir toplantı keçirəcək.
Marja