SOCAR Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib | Banco.az

SOCAR Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib.

Bu barədə açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Xatırladaq ki, SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb, bu da kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2018-ci ildə SOCAR Şimal (Bakı-Novorossiysk) neft kəməri ilə 1 298,8 min ton həcmində xam neft ixrac edib. Bu isə 2017-ci ildən 199,7 min ton azdır.

Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına (Qara dəniz) nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et