İtaliyanın “Yuventus” futbol klubunun regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankının klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını artıq bankın filiallarında əldə etmək olar. Xüsusi dizayn və özəlliklərə malik kartları həm bankın istənilən filialında, həm də bu link vasitəsilə sifariş edib almaq mümkündür: https://www.ibar.az/az/yuventus/
Co-brand kartları AZN, USD və EUR hesabında açılır. 3 il müddətinə nəzərdə tutulmuş kartların sayı məhdud - cəmi 3 min ədəddir. Kart müddəti 3 il, xidmət haqqı isə cəmi 30 manatdır. Müştərilər bu kart vasitəsilə istədikləri ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Ən əsası, kartla Azərbaycan Beynəlxalq Bankının ATM-lərində nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.
Kart “cash-back” funksiyasına da malikdir. Bütün alış-veriş məkanlarında bu kartla aparılan ödənişlərin 1%-i “cash-back” olaraq müştərinin kartına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının “Xərclədikcə gəlir” sloqanı ilə reallaşdırdığı “Qayğıkeş” layihəsi çərçivəsində isə bankla tərəfdaş məkanlarda bu kart və bankın POS terminalları ilə aparılmış ödənişin 5%-dən 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir. Kart Azərbaycan Beynəlxalq Bankının SMS Xəbərdarlıq sisteminə pulsuz qoşulur. Üstəlik, bu kartla “Yuventus” futbol komandasının rəsmi internet səhifəsində edilən hər bir alış-veriş məbləğinə 2% “cash-back” geri qayıdır.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.