Neft Orta Şərqdə artan gərginlik ilə bahalaşmaqda davam edir | Banco.az

Neft Orta Şərqdə artan gərginlik ilə bahalaşmaqda davam edir

ABŞ Prezidenti Donald Trampın İrana "böyük miqyaslı əlavə sanksiyalar" tətbiq edəcəyini açıqlaması və bunun da neftlə zəngin Orta Şərqdə gərginliyi daha da artırması ilə neft qiymətləri yüksəlir.

May ayının əvvəllərində ABŞ-ın tətbiq etdiyi sanksiyalar ilə İranın neft satışına qadağa qoyulmasına baxmayaraq ölkə bir şəkildə neft ixracına davam edir. İrana dair yeni sanksiyalar məsələsində hələ detallar açıqlanmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Çin və ABŞ-ın ticarət məsələsində yenidən danışıqlara başlaması da neft qiymətlərini dəstəkləyir. 

Brent nefti 0.4 faiz də bahalaşaraq bareli 65.48 dollara, Qərbi Texas nefti (WTI) 0.7 faiz bahalaşaraq  57.82 dollara qalxıb.

Marja