“PAŞA Sığorta” ASC namizədləri “Təkrarsığorta üzrə assistent/ kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, tələbnamə, məktub və s.) hazırlanması;
- Sığorta şəhadətnamələrinin müvafiq ünvana çatdırılmasında yardım;
- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət;
- Müvafiq hallarda müştərilər ilə əlaqə saxlayaraq lazımi məlumatların əldə edilməsi;
- Buraxılmış sığorta şəhadətnamələrinin fayllaşdırılmasını və qovluqlarda müvafiq sənədlərlə birgə yerləşdirilməsinin təmin edilməsi;
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və aidiyyəti departament rəhbərlərinə təqdim edilməsi;
- Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.
Bilik və bacarıqlar:
- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.
- Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, işgüzar ingilis dili və rus dili biliyinə üstünlük verilir.
- Sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.
- Ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik;
- Dəqiqlik;
- Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı.
- Komanda ilə işləmək bacarığı.
Son müraciət tarixi: 30 iyun, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.