Bank kanalları şöbəsində satış meneceri | Banco.az

Bank kanalları şöbəsində satış meneceri

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Sığorta” ASC namizədləri “Bank kanalları şöbəsində satış meneceri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə və Öhdəliklər:


- Cəmiyyət tərəfindən həyata keçirilən layihələrə bölgədə nəzarətin təmin edilməsi, habelә cəmiyyətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi;

- Satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və məsul olduğu partnyorlar üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi;

- Bank sığortası satış meneceri mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləyir;

- Bank, bank olmayan kredit təşkilatı və lizinqlər ilə mütəmadi görüşlər keçirərək, “PAŞA Sığorta” ASC-nin bank sığorta məhsullarının satışını həyata keçirir.

- Gündəlik satış barədə müvafiq hesabat formasını birbaşa rəhbərə təqdim edir;

- Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işləri həyata keçirir.


Bilik və bacarıqlar:


- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;

- Dil bilikləri: Azərbaycan və rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir.

- Müştəri xidmətlər sahəsində minimum 2 il iş təcrübəsi, sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir;

- Sığorta sahəsində və müvafiq sertifikasiya üzrə iş təcrübəsinə üstünlük verilir.

- Ünsiyyət qurmaq bacarığı;

- Dəqiqlik;

- Öz fikirlərini təmiz ifadə etmək bacarığı;

- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;

- Mübahisəli məsələləri idarəetmə bacarığı;

- Stressə davamlılıq;

- İdarəetmə bacarığı;

- Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;


Son müraciət tarixi: 30 iyun, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Şirkət: 
PAŞA Sığorta