“PAŞA Sığorta” ASC namizədləri İnformasiya Təhlükəsizliyi üzrə inzibatçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Şəbəkənin gündəlik monitorinqinin aparılması;
- Şəbəkədə anomaliyaların aşkarlanması və analizi;
- İnformasiya təhlükəsizliyinə aid alətlərlərinin köməyi ilə (eləcədə digər imkanlar/addımlarla) şəbəkə, server və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə ola biləcək boşluqların və təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün skanlamaların aparılması və hesabatın hazırlanması;
- Gündəlik olaraq infrastrukturda olan aktivliyin monitorinqi və “log”ların analizinin aparılması;
- Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi.
Bilik və bacarıqlar:
- İnformasiya Texnologiyaları üzrə Texniki və ya ali təhsil;
- İnformasiya texnologiyaları sahəsində ən azı 3 il, informasiya təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi;
- Rus və İngilis dili texniki səviyyədə bilməli, sərbəst danışıq arzuolunandır;
- Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, tekniki biliklərə malik olmayan şəxslərə);
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
- Analitik düşüncə və stressə dözümlü olmaq bacarığı,
- Səbrli və soyuqqanlı olmaq bacarığı.
Son müraciət tarixi: 30 iyun, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.