Bu bank kiçik və orta biznesin kreditləşdirilməsi üzrə portfelini 46% artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu bank kiçik və orta biznesin kreditləşdirilməsi üzrə portfelini 46% artırıb

“Bank Respublika” 2018-ci ildə kiçik və orta biznesin kreditləşdirilməsi üzrə portfelini 45,7%, mikro kredit portfelini isə 2,9 dəfə artırıb.

1 yanvar 2019-cu il tarixinə kiçik və orta biznesin kreditləşdirilməsi üzrə portfel 211,39 mln. manat və ya “Bank Respublika”nın bütün kredit portfelinin 58%-ni, mikro kredit portfeli 64,785 mln. manat (18%) təşkil edir.

“Bank Respublika” 2018-ci ildə ipoteka portfelini 4,1% - 45,992 mln. manatadək, pərakəndə kredit portfelini 29% - 38,947 mln. manatadək artırıb.

2018-ci ildə bankın kredit portfeli 48,3% - 363,611 mln. manatadək artıb.

“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası (16,6%) və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT (4,25%) də daxildir. Bankın əsas səhm paketi iş adamı Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur.

© İnterfaks-Azərbaycan