Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatına görə, 2019-cu ilin 1-ci rübündə Türkiyə iqtisadiyyatı rübülk müqayisədə (əvvəlki rüb ilə müqayisədə) 1.3% artıb.
Beləcə ardıcıl iki rüb azalaraq texniki durğunluğa girən iqtisadiyyat bu rübdə 1.3% artaraq durğunluqdan çıxıb. İqtisadiyyat 2018-in son rübündə 2.4% kiçilmişdi.
İLLİK 2.6% AZALIB
İlk rübdə iqtisadiyyat illik müqayisədə (ötən ilin eyni dövrü ilə müqayisədə) 2.6% azalıb. Proqnoz 2.5% azalma olması idi.
Məlumat açıqlandıqdan sonra Türk Lirəsi bahalaşıb. Dollar/TL məzənnəsi 5.88 səviyyələrinə düşüb.
Marja