Dollar, qlobal iqtisadi inkişafın səngiyəcəyi narahatlıqlarından qaynaqlanan "etibarlı aktiv" tələbindəki artımın təsiri ilə mühüm bazar pulları qarşısında bahalaşıb.
Dollar, qlobal iqtisadi inkişafın səngiyəcəyi narahatlıqlarının və davam edən ticarət gərginliyinin "etibarlı aktiv" tələbini canlandırması ilə dəyər qazanıb.
Treyderlərin ticarət müharibəsinin dünya iqtisadiyyatına vuracağı ziyanı hesablaması ilə ABŞ səhmləri ucuzlaşıb.
Dolların 10 mühüm valyuta qarşısındakı dəyərini ölçən Bloomberg Dollar Spot İndeksi isə 0.13% də yüksələrək 1207.35 səviyyəsini görüb. İndeks ardıcıl 3 gündür qalxır.
ABŞ-da 10 illik xəzinə istiqrazlarının faizi 3 bənd azalaraq 2.24%-ə düşüb. Bu, 2017-ci ilin Sentyabr ayından bəri ən aşağı səviyyədir.
ABŞ - Çin ticarət gərginliyi daha da pisləşə bilər. Çin ABŞ-ı "Huawei Technologies Co"nu "qara siyahı"ya salmaqla Dünya Ticarət Təşkilatının qaydalarını pozmaqda günahlandırırır. Çin mediası, ölkənin ABŞ-a nadir metal ixracatını məhdudlaşdıra biləcəyini yazıb.
Group of Ten (G-10) - 11 sənayeləşmiş ölkələr birliyi.
Marja