"Büdcəyə 103 milyon manat artıq vəsait ödənilib" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Büdcəyə 103 milyon manat artıq vəsait ödənilib"

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 391 858 900 manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 364,3 mln manat yaxud 35,5% artıq deməkdir. 

Bunu  açıqlamasında DGK sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bu ilin dörd ayı üzrə proqnoz tapşırığa da 8% artıq əməl olunub:

“Bu ilin ilk 4 ayının proqnoz göstəriciləri ilə müqayisədə faktiki olaraq 103,2 mln manat artıq vəsait ödənilib. Bu da 108% icra deməkdir”.

Report.az