Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxılışına dəstək verə bilər | Banco.az

Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxılışına dəstək verə bilər

"Azərbaycanın Asiya İnkişaf Bankına (ADB) üzv olduğu 1999-cu ildən bəri qurumdan 4,9 milyard ABŞ dolları dəyərində texniki dəstək, kredit və kredit üzrə zəmanət alıb”.

Bunu Bankın vitse-prezidenti İnqrid Van Vis (Ingrid Van Wees) Bakıda keçirilən “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu”nda bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə, təmsil etdiyi qurum Azərbaycan hökuməti ilə əsasən nəqliyyat, enerji və infrastruktur sahələri üzrə əməkdaşlıq edir: “Dövlət sektorunun idarə edilməsi və özəl sektorun inkişafı da diqqət mərkəzimizdədir. Bu gün iki əsas məsələni müzakirə edəcəyik. Bunlardan biri dövlət sektorunu necə idarə etmək, digəri isə istiqraz buraxılışında ADB-nin rolu olacaq".