ABŞ və Çin arasındakı ticarət gərginliyi ilə əlaqədar olaraq ABŞ birjası ötən günü azalma ilə başa vurub.
Yekunda "Dow Jones" indeksi 0,25 faiz azalma ilə 26504,95 bənd, S&P indeksi 0,45 faiz azalma ilə 2945.64 bənd və Nasdaq indeksi 0,50 faiz azalma ilə 8123,29 bənd səviyyələrindən bağlanıblar.
Çinin müzakirəçilərinin ticarət danışıqları üçün ABŞ-a getməyə hazırlaşdığı və Baş nazirin köməkçisi Liu He-nin iştrakı ilə bu səfərin reallaşacağı bildirilib. Vaşinqtona səfərin ləğv olmadığının açıqlanmasından sonra indekslərdə azalma yavaşlayıb. 8 Mayda Çin nümayəndə heyətinin Vaşinqtona gəlməsi gözlənilir.
ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın artıq Çinə qarşı ticarət itkisi verməyəcəyini deyib. Həmçinin Tramp, Çindən idxala tətbiq olunan gömrük rüsumunu 10%-dən 25%-ə qaldıracağını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp, Çindən idxala tətbiq olunan gömrük rüsumlarını artıracağını açıqlayaraq dünyanın ən böyük iki iqtisadiyyatı arasında davam edən ticarət danışıqlarını təhlükəyə atıb. Bunun da qlobal bazarlarda sarsıntı yaratmasından sonra neft qiymətləri düşüb.
Marja