“Para” BOKT-un rəhbərliyi yenidən formalaşdırılacaq | Banco.az

“Para” BOKT-un rəhbərliyi yenidən formalaşdırılacaq

İyunun 10-da, saat 11:00-da “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının ümumi ümumi yığıncağı keçiriləcək.

Yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Para”nın ötənilki fəaliyyəti ilə maliyyə hesabatının, İdarə Heyətinin yeni tərkibinin və yeni təşkilati-strukturunun təsdiq edilməsi məsələləri daxildir. 

Report.az