Satış departamentinin aparıcı mütəxəssisi/ mütəxəssisi/ kiçik mütəxəssisi
Pərakəndə biznes məhsulların satışı departamentinin Partnor şəbəkəsinin inkişafı şöbəsinin aparıcı mütəxəssisi/mütəxəssisi/ kiçik mütəxəssisi
Öhdəliklər:
· Pərakəndə bank məhsullarının satışını həyata keçirmək üçün yeni partnyorların cəlb olunması;
· Partnyorlar ilə danışıqlar aparmaq, onları əməkdaşlıq etməyə dəvət etmək və müştəri bazasını artırmaqdır
· Potensial partnyor müəssisələrin rəhbərləri və əməkdaşları ilə görüş, təqdimatlar keçirmək
· Partnyorların istəyinə əsasən təkliflər hazırlamaq;
· Yeni cəlb olunmuş partnyorlara terminalların yerləşdirilməsi üzrə təklif vermək;
· Pos ekvayrinq xidmətinin təşkilini həyata keçirmək üçün Partnyor müəssisə və sahibkarların cəlb olunması
· Məhsulu partnyorların satış nöqtəllərində tanıtmaq, təlabat yaratmaq və satışını təşkil etmək;
· Məhsul üzrə prezentasiyaların hazırlanmaq və keçirtmək
· Cəlb etdiyi partnyorlar ilə sıx və yüksək səviyyəli münasibətlər qurmaq və partnyorun məmnuniyyətini təmin etmək;
· Cəlb etdiyi partnyorların uçotunu aparmaq.
· Mövcud partnyorlar ilə əlaqələrin genişləndirilməsi
· Məhsullarının təyinatını və xüsusiyyətlərini potensial partnyorlara çatdırmaq.
· Partnyor şəbəkəsində yaranan problemlərin aradan qaldırılmaq;
· Rəhbərliyin təyin etdiyi satış hədəflərini yerinə yetirmək
Tələblər:
· Ali Təhsil bakalavr və ya magistr dərəcəsi;
· Azərbaycan dili və Rus dili əla , İngilis dilinin yaxşı səviyyədə olması arzuolunandır;
· MS Office məhsulları üzrə bilik;
· Satış taktikalarına bələd olmaq,yaradıcı və operativlilik;
· Təzyiqə davamlı;
· Yüksək etibarlı,təmkinli,etik
· 20-32 yaş arası
· Bu sahə üzrə minimum 1 il iş təcrübəsi (aparıcı/baş mütəxəssis olduğu halda)
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.