ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2019-cu il üzrə neftin qiyməti ilə bağlı proqnozunu dəyişib.
Bu il “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 66 dollar olacaq. “Goldman Sachs”ın əvvəlki proqnozu 62,5 dollar/barrel idi.
Bank “Light” markalı neftin bir barrelinin builki qiymətinə dair proqnozunu isə 55,5 dollardan 59,5 dollara yüksəldib.
“Goldman Sachs”a görə, ikinci rübdə “Brent”in qiyməti 72,5 dollar/barrel olacaq. 2020-ci ildə isə “Brent” neftinin bir barrelinin orta qiyməti 60 dollar təşkil edəcək.
Fed.az