20 milyard dollar investisiya yatırılacaq | Banco.az

20 milyard dollar investisiya yatırılacaq

2018-2025-ci illərdə Azərbaycanın neft-qaz sektoruna ümumi investisiyalar 20 mlrd. dollar təşkil edəcək.

Bu məlumatlar Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) dərc etdiyi "Market Analysis Azerbaijan 2019"da qeyd olunur.

Nüfuzlu məsləhət şirkəti “Wood Mackenzie”nin qiymətləndirmələrinə görə, 2018-2025-ci illərdə Azərbaycanın neft-qaz sektoruna investisiyalar  20 mlrd. dollar təşkil edəcək. Bu vəsait həmçinin Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqların işlənməsinə yatırılacaq”, - hesabatda qeyd olunur.

Sənəddə vurğulanır ki, 2017-ci ilin payızında Azərbaycan AÇG üzrə tərəfdaşlarla 2050-ci ilədək nəzərdə tutulan yeni saziş imzalanıb. Bu saziş çərçivəsində AÇG blokunda 2050-ci ilədək 500 mln. tona yaxın neft hasilatı planlaşdırılır. Layihəyə investisiyalar  40 mlrd.-ı dolları keçəcək.

“Bütövlükdə, 2018-ci ilin sonuna AÇG blokunun işlənməsinə sərmayələr 44 mlrd. dollar təşkil edib”, - sənəddə qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, 2018-ci ilin sonuna AÇG blokunda 470 mln. ton neft hasil olunub.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir. 

© İnterfaks-Azərbaycan