Aparıcı Auditor | Banco.az
PAŞA Bank

Aparıcı Auditor

Vakansiya haqqında məlumat: 

“PASHA” Bank ASC Daxili Audit Departamentində Aparıcı Auditor* vakansiyasına namizədlərin axtarışını elan edir.

BANK HAQQINDA:

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
• Audit Layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək; 
• Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
• Audit layihələri üzrə hesabatların hazırlanmasında iştirak etmək;
• Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
• Daxili Audit Departamentinin direktoru tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
• Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək

TƏCRÜBƏ:

• Bank və ya maliyyə institutlarından birində minimum 3 il iş təcrübəsi.
• Audit şirkətləri ("big four")

PEŞƏKAR KVALİFİKASİYA:

• Ali Təhsil
• CIA
• ACCA

BACARIQLAR:

• Bank əməliyyatları və biznesi barədə məlumatlılıq    
• Öz vaxtını effektiv şəkildə planlama, idarəetmə bacarığı
• Analiz qabiliyyəti   
• Komanda işi
• Səlis Azərbaycan, İngilis və Rus dili bilikləri         

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 02.05.2019-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Aparıcı Auditor” yazaraq göndərmələri xahiş olunur. 
 * Təcrübəsindən asılı olaraq namizədlər Aparıcı Auditor və ya Auditor olaraq dəyərləndiriləcəkdir.