Moldovada iqtisadi agentlər vergilərin yığılmasında rekord göstərici əldə ediblər | Banco.az

Moldovada iqtisadi agentlər vergilərin yığılmasında rekord göstərici əldə ediblər

Moldova Respublikasının maliyyə naziri İon Kiku bildirib ki, gəlirlər barədə bəyannamələrin verilməsinin sonuncu günündə (martın 25-də) ölkədə fəaliyyət göstərən iqtisadi agentlər dövət büdcəsinə rekord həcmdə - 675 milyon ley (65,4523 milyon manat) vəsait köçürüblər. Ötən il bu göstərici 510 milyon ley (49,4528 manat) olmuşdu. Nazir qeyd edib ki, kütləvi informasiya vasitələrində müxtəlif ehtimalların irəli sürülməsinə baxmayaraq, bu göstərici ölkənin büdcə və vergi sisteminin dayanıqlı olduğunu bir daha təsdiqləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin mart ayında vergi daxilolmaları bir milyard səkkiz yüz milyon ley (174,5 milyon manat) olub ki, bu da keçənilki göstəricidən təxminən 25 faiz çoxdur. İlin əvvəlindən bəri dövlət büdcəsinə 4 milyard 200 milyon ley (407,3 milyon) ley vəsait daxil olub ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisindən 584 milyon ley (56,6 milyon manat) çoxdur. Maliyyə naziri bildirib ki, əldə olunan əlavə vəsaitlər mövcud sosial layihələrin genişləndirilməsinə və yenilərinin həyata keçirilməsinə yönəldiləcək.

Vergiler.az