2019-cu ilin yanvar ayında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilə nisbətən 14 min 899 nəfər artaraq 710 min 130 nəfər olub. Həmin dövrdə paytaxda orta aylıq əməkhaqqı da 4,6 faiz artıb və 799 manat təşkil edib.
Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub. Paytaxtın Nəsimi rayonu muzdlu işçilərin sayına görə öndədir - 162 min 29 nəfər. Siyahıda ikinci olan Səbail rayonunda muzdlu işçilərin sayı 114 min 56 nəfər, Yasamalda isə 103 min 782 nəfər təşkil edib. Bu sahə üzrə ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb – 1575 manat. Səbaildə bu göstərici 1372,1 manata, Qaradağda isə 1138,7 manata çatıb.
|
Muzdlu işçilərin sayı (nəfər) |
Orta aylıq nominal əməkhaqqı (manat) |
Bakı şəhəri - cəmi |
710.130 |
799,0 |
o cümlədən rayonlar: |
||
Binəqədi |
45.740 |
456,6 |
Xətai |
61.552 |
820,4 |
Xəzər |
29.674 |
728,5 |
Qaradağ |
24.102 |
1.138,7 |
Nərimanov |
70.400 |
550,8 |
Nəsimi |
162.029 |
684,5 |
Nizami |
45.078 |
645,1 |
Pirallahı |
7.910 |
1.575,0 |
Sabunçu |
27.063 |
536,0 |
Səbail |
114.056 |
1.372,1 |
Suraxanı |
18.744 |
617,9 |
Yasamal |
103.782 |
702,3 |
Vergiler.az