“Fitch” uzunmüddətli perspektivdə neftin ucuzlaşacağını proqnozlaşdırır | Banco.az

“Fitch” uzunmüddətli perspektivdə neftin ucuzlaşacağını proqnozlaşdırır

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi uzunmüddətli perspektivdə neftin ucuzlaşacağını proqnozlaşdırır.

"Bizim əsas proqnozlarımıza görə, 2019-cu ildə neftin bir barelinin qiyməti təxminən 65 dollar, 2020-ci ildə 62,5 dollar olacaq, daha sonra isə tədricən 57,5 dollaradək ucuzlaşacaq. 2019-cu ildə stress proqnozu 1 barelə görə 50 dollar, 2020-ci ildə  45 dollar, uzunmüddətli perspektivdə isə təxminən  50 dollar olacaq", - deyə agentliyin nümayəndəsi Dmitri Marinçenko “Fitch Ratings” agentliyinin bu gün Bakıda keçirilən Azərbaycan üzrə illik konfransında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə neftin bir qədər bahalaşmasına baxmayaraq, bazarda volatillik qalmaqda davam edir.

"Müsbət meyllər arasında OPEC-in səylərini qeyd etmək olar, geosiyasi qeyri-sabitlik, eyni zamanda, ABŞ-ın İrana qarşı sanksiyaları, Venesuela, Nigeriya və Liviyada qeyri-sabit hasilat, ABŞ-da hasilatın artması, ticarət müharibələri və s. mənfi amillər arasında yer alır”, - deyə D.Marinçenko vurğulayıb.

© İnterfaks-Azərbaycan