DGK martda büdcəyə ödənişləri 24% artırıb | Banco.az

DGK martda büdcəyə ödənişləri 24% artırıb

Bu ilin mart ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 348 milyon 392 min manat vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 67 milyon 154 min manat və yaxud 23,9% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 4 milyon 246 min manat və yaxud 5,7% artaraq 78 milyon 670 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 28,409 mln. manat və yaxud 15% artaraq 218,165 mln. manat, aksizlər üzrə daxilolmalar 33,923 mln. manat və yaxud 3,4 dəfə artaraq 48,162 mln.  manat, yol vergisi üzrə daxilolmalar isə 575 min manat və yaxud  20,4% artaraq 3,394 mln. manat təşkil edib.

Report.az