Əmək müqavilələrinin sayı leqallaşma ilə 66 min artıb | Banco.az

Əmək müqavilələrinin sayı leqallaşma ilə 66 min artıb

Minimal əmək haqqının artması, qeyri-rəsmi məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusən özəl sektorda tətbiq olunan yeni vergi-sığorta güzəştləri əmək müqavilələrinin sayında növbəti artıma imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin məlumatlarına əsasən, 2019-cu ilin yanvar-mart aylarında qeydiyyata alınmış əmək müqavilələrinin sayı (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 66 min artıb. Onlardan 47500-ü özəl, qalanı dövlət sektorunda bağlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Əmək müqaviləsi əsasında çalışmaq işçinin gələcək sosial təminat hüququna əsas yaradır, ona həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq və s. kimi hüquqlar verir. Həmçinin əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmaları baxımından xüsusi önəm kəsb edir.  

Xatırladaq ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım qeydə alınmışdı.

Marja