"Neftin qiyməti 70-75 dollardan yüksək ola bilməz" | Banco.az

"Neftin qiyməti 70-75 dollardan yüksək ola bilməz"

“Bir sıra amillər var ki, onlar neft qiymətlərində müsbət tendensiyalara əsas verir". 

Fitch” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında qurumun təbii ehtiyatlar və əmtəə üzrə direktoru Dimitri Marinçenko deyib.

“Bunlar Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) qərarları, İranda və Venesuelada neft hasilatının həcminin azalması və ABŞ əleyhinə baş verən proseslərdir. Düşünmürük ki, növbəti iki ildə İran və Venesuelada hasilat azalsa bu neft qiymətlərinə ciddi təsir edəcək.

Biz yaxın dövrdə qiymətinin aşağı həddinin 55 dollar, yuxarı həddinin isə 70-75 dollar olacağını düşünürük. Neft bundan baha ola bilməz. Əgər qiymətlər kəskin artarsa, bu, ABŞ-ın Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEC ölkələrinə təzyiq göstərməsinə gətirib-çıxara bilər. Çünki yüksək neft qiymətləri ABŞ iqtisadiyyatı üçün açıq təhdiddir”,- o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

“Fitch” 2019-cu ildə “Brent” markalı neftin 1 barelinin qiymətinin orta hesabla 65 dollar olacağını proqnozlaşdırır. 2020-ci il üçün proqnoz 62,5 dollar, 2021-ci il üçün proqnoz isə 60 dollardır. Uzunmüddətli dövr üçün isə qiymətin orta hesabla 57,5 dollar olacağını düşünürük. “WTI” markalı neftin qiyməti isə 50 dollardan aşağı ola bilər”, - D.Marinçenko əlavə edib.

Bundan başqa, Fitch” rəsmisi bu il dünya iqtisadiyyatında 2,2% geriləmə gözlədiklərini də bildirib. 

Report.az