Beysbol*, ABŞ-ın milli idman növü hesab edilir. Bu idman növü insanlar arasında böyük maraqla qarşılanır. Eyni zamanda, beysboll oyun kartlarının da kolleksiyaçılarına az rast gəlinmir. Onlardan biri isə Deyl Belldir.
Beysbol - doqquz dövrədə oynanılır. İki komanda hər dövrədə bir müdafiə və bir hücum haqqından istifadə edir. Hücumdakı komanda oyunçularının hər birinə bir vuruş haqqı veriliir. Oyun, qonaq komanda hücum vəziyyətində, ev sahibi komanda müdafiə vəziyyətindəykən başlayır.
2019-cu ilin yanvar ayında Deyl 2 dollar qiymətində “Körpə Rut” adlı oyun kartı əldə edir. Kartda şəkli həkk edilən beysbolçu ötən əsrin əvvələrində meydanları fəth edərək populyarlığın ən zirvəsində olub.
Həmçinin oxu: 30 yaşına kimi necə Milyonçu olmaq olar?
Lombard satıcısı oyun kartının saxta olduğunu iddia etsə də Deyl deyilənlərə şübhə ilə yanaşır. Çünki, beysbol kartının hazırlandığı kağızın fərqli olması onu düşünməyə vadar edir. Həvəskar kolleksiyaçı şübhələrini ekspertlər təsdiqləyir və beysbol kartının 1890-1930-cu illərdə hazırlandığını təsdiq edirlər.
Mütəxəssislər nadir nüsxə hesab edilən (Babe Ruth) beysbol kartını bir neçə milyon dəyərində qiymətləndirir. Deyl Bell – illərini sərf etdiyi beysboll sayəsində varlanır.
Qeyd edək ki, kolleksiyaçı oyun kartının satışından əldə etdiyi vəsaiti Nyu-York, Kuperstaunda yerləşən beysbol “Şöhrət zalı” –na həvalə edəcəyini planlaşdırır.
Günel Gözəlova, Banco.az