Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabatdan bank sektorunda canlanmanın gücləndiyi görünür.
Diqqəti cəlb edən bankların müştərilərə verdiyi kreditlərin artmasıdır. 28 Fevral 2019-cu il tarixində bankların müştərilərə verdiyi kreditlər 12 milyard 629.9 milyon manat təşkil edib. Cari ilin Fevral ayı ərzində müştərilərə verilmiş kreditlər 88,9 milyon manat artıb. 31 Dekabr 2019-cu il tarixində cəmi kreditlər 12 milyard 541 milyon manata düşümüşdü.
Ötən ilin 28 Fevral tarixi ilə müqayisədə kreditlər 1 milyard 482,9 milyon manat artıb. Belə ki, 28 Fevral 2018-ci il tarixində müştərilərə verilmiş kreditlər 11 milyard 147 milyon manat, 31 Dekabr 2018-ci il tarixində isə 12 milyard 628.3 milyon manat təşkil etmişdi.
Müştərilərə verilmiş kreditlərin artması bankların faiz gəlirlərinin artmasında özünü göstərib. Belə ki, ötən ilin ilk 2 ayı ərzində bank sektorunun cəmi faiz gəlirləri 287 milyon manat ikən, 2019-cu ilin eyni dövründə 319.3 milyon manat təşkil edib (32,3 milyon manat daha çox). Kreditlər üzrə faiz gəlirləri 189.2 milyon manatdan 226.9 milyon manata yüksəlib.
Bankların qeyri-faiz gəlirlərində də artım müşahidə olunur. Belə ki, 2018-ci ilin yanvar-fevral ayında 70.7 milyon manat olmuş qeyri-faiz gəlirləri, 2019-cu ilin eyni dövründə 28,5 milyon manat daha çox - 99.2 milyon manat təşkil edib.
Müştərilərə verilən kreditlərin artması bankların vəsaitə olan ehtiyacını artırıb. 2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8 milyard 118.5 milyon manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 milyon manat) artıb.
|
Cədvəl 1. Bank sektorunun icmal balansı (mln. manatla) |
||
Aktivlər |
28.02.2018 |
28.02.2019 |
|
1. Nağd vəsaitlər |
1,295.9 |
1,287.2 |
|
2. Mərkəzi Bankda müxbir hesablar* |
2,739.9 |
1,895.5 |
|
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) |
1,781.5 |
2,411.2 |
|
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər |
7,814.4 |
6,410.3 |
|
5. Qiymətli kağızlar |
2,471.6 |
4,223.4 |
|
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər |
242.6 |
250.9 |
|
6.1 xalis kreditlər |
192.4 |
229.2 |
|
7. Müştərilərə verilən kreditlər |
11,147.2 |
12,629.9 |
|
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat |
1,469.9 |
1,522.8 |
|
7.2 Xalis kreditlər |
9,677.3 |
11,107.1 |
|
8. Əsas vəsaitlər |
858.2 |
939.5 |
|
9. Qeyri-maddi aktivlər |
127.5 |
145.7 |
|
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) |
1,540.1 |
1,301.7 |
|
11. Cəmi aktivlər |
28,498.8 |
29,950.8 |
|
|
|
||
Öhdəliklər |
28.02.2018 |
28.02.2019 |
|
1. Depozitlər (maliyyə institutları istisna olmaqla) |
17,140.3 |
19,118.0 |
|
1.1 Fiziki şəxslərin depoziti |
7,737.2 |
8,118.5 |
|
1.1.1 müddətli |
5,262.8 |
5,330.0 |
|
1.1.2 tələbli |
2,474.4 |
2,788.5 |
|
1.2 Hüquqi şəxslərin depoziti** |
9,403.1 |
10,999.5 |
|
1.2.1 müddətli |
1,827.8 |
1,727.5 |
|
1.2.2 tələbli***, o cümlədən |
7,575.3 |
9,272.0 |
|
- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri |
- |
95.6 |
|
2. Mərkəzi Bankın banklara qarşı tələbləri |
497.5 |
347.7 |
|
3. Loro hesablar |
190.7 |
180.2 |
|
4. Maliyyə institutlarının depozitləri |
1,428.2 |
1,105.0 |
|
5. Bankların kreditləri |
217.2 |
83.9 |
|
6. Digər maliyyə institutlarının kreditləri |
1,885.8 |
1,962.7 |
|
7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar |
1,852.3 |
1,775.6 |
|
8. Digər passivlər**** |
1,401.6 |
1,134.9 |
|
9. Cəmi öhdəliklər |
24,613.6 |
25,708.0 |
|
|
|
||
KAPİTAL |
28.02.2018 |
28.02.2019 |
|
10. Xüsusi kapital |
3,635.6 |
3,960.8 |
|
11. Ümumi ehtiyatlar |
249.6 |
282.0 |
|
12. Cəmi kapital |
3,885.2 |
4,242.8 |
|
13. Cəmi öhdəliklər və kapital |
28,498.8 |
29,950.8 |
|
Qeyd: Prudensial hesabatlılıq metodologiyası əsasında hazırlanmışdır. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri hüquqi şəxslərin depozitlərində əks olunmuşdur
* Mərkəzi Bankdan cəlb olunmuş kreditlər üzrə girov qismində iştirak edən bloklaşdırılmış xarici valyutada vəsaitlər daxil olmaqla
** Mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla
*** Qeyri-bank maliyyə institutlarının cari hesabları daxil olmaqla
**** Fiziki şəxslərin subordinasiya xarakterli depozitləri nəzərə alınmaqla
Cədvəl 2. Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
(mln. manatla)
Mənfəət və zərər maddələri |
28.02.2018 |
28.02.2019 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri |
287.0 |
319.3 |
1.1 Kreditlər üzrə faizlər |
189.2 |
226.9 |
- çıx hesablanmış faizlər üzrə yaradılmış məqsədli ehtiyatlar |
|
44.3 |
2. Faiz və onlara bağlı xərclər |
101.1 |
96.3 |
2.1 depozitlər üzrə faizlər |
63.7 |
61.4 |
3. Xalis faiz gəliri (zərəri) |
185.9 |
178.7 |
4. Qeyri-faiz gəlirləri |
70.7 |
99.2 |
5. Qeyri-faiz xərcləri |
142.9 |
164.2 |
6. Əməliyyat mənfəəti (zərəri) |
113.7 |
113.7 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) |
(30.8) |
55.4 |
8. Digər gəlirlər (xərclər) |
1.0 |
2.1 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) |
145.5 |
60.4 |
10. Mənfəətdən vergilər |
4.2 |
11.2 |
11. Xalis mənfəət (zərər) |
141.3 |
49.2 |
Marja