Bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

30 aprel 2019-cu il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbəti ümumi yiğincaği keçiriləcək. Tədbir bankın baş ofisində, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

  • Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağının katibinin seçilməsi
  • Bankın 2018-ci ilə olan maliyyə hesabatlığına baxılması
  • Bankın 2018-ci ilə olan mənfəətinin bölüşdürülməsi və dividentlərin ödənilməsinə dair təkliflərə baxılması
  • Bankın əqdlərinin razılaşdırılması
  • Müşahidə şurasının tərkibi