Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 5 781,785 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
Bu miqdarda xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının dəyəri 2 603,955 mln. ABŞ dolları təşkil edib.
Bu ilin iki ayında ixrac olunan məhsulların miqdarı ötən ilin müvafiq dövründən 58%, dəyəri isə 42,5% çoxdur.
Bu məhsullar iki ayda Azərbaycanın ümumi ixracında 82,61% pay tutub.
Report.az