Dollar əmanəti ən sərfəli olan banklar - İyun 2019 | Banco.az

Dollar əmanəti ən sərfəli olan banklar - İyun 2019

ABŞ dolları ($, USD: United States Dollar) — Amerika Birləşmiş Ştatlarının pul vahididir.

Tomas Ceffersonun təklifi ilə 1785-ci ildə, müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatlarının Konqresi ölkə ərazisində dolların rəsmi valyuta kimi qəbul edilməsi qərarını aldı.

Həmçinin bax: Manat əmanəti ən sərfəli olan banklar - Sentyabr 2019

1861-ci ildən etibarən dövriyyəyə buraxılan ABŞ federal ödəniş vasitələri indiyə qədər qanuni hesab edilir. 15 avqust 1971-ci ildə ABŞ dollarının qızıl ehtiyatı ilə təmin edilməsi ləğv edildi. Sərbəst dövriyyədə; 1,2,5,10,20,50 və ən böyüyü 100 dollar olan əskinazlar iştirak edir. 

Azərbaycanda da, bu valyutaya olan marağı nəzərə alaraq Banco.az sərfəli şərtlərlə dollar əmanəti yerləşdirə biləcəyiniz bankları araşdırıb, sizə təqdim edir. 

Qeyd edək ki, cədvəldə bankların 1 il müddətinə dollarla yerləşdirilmiş əmanətlərə aylıq və müddətin sonunda verdikləri faiz dərəcələrini görə bilərsiniz. 

 

Bank Min.Məbləğ Dollar Aylıq% Müddətin  sonunda% Əmanətin adı
NBC Bank 200 3 - Müddətli
Muğanbank 1000 2,5 - Meqa
Amrahbank 500 2,5 2,5 Lider əmanəti
Bank of Baku 100 2,5 2,6 "Dinamik" əmanəti
Bank BTB 100 2,5 3 Müddətli əmanət 
Nikoil Bank 100 2,5 3/2,5* Sabit Əmanət
Bank VTB 100 2,45/2,7** 2,55/2,8** “Sərfəli” əmanəti
Atabank 500 2 2,5 Universal Əmanət
ASB Bank - 2 2,5 Əmanət
Bank Avrasiya 1000 2 2,25 Klassik əmanət
GünayBank 500 2 3 Müddətli əmanət
Turanbank 100 2 2,15 Sərvət Əmanəti
Unibank 500 1,8 2 Müddətli əmanət
AGBank 100 1,5 2,5 Sığortalı əmanət
Bank Respublika - 1 1,5 Müddətli əmanət
Beynəlxalq Bank 500 1 1 Klassik əmanət
Expressbank  500 1 1,5 "Klassik" Əmanəti
Ziraat Bank Azərbaycan 1000 1 2 Standard əmanət
AccessBank 50 0,8 1,5 Müddətli əmanət
Rabitəbank 200 0,75 1,5 Universal əmanət
Azər Türk Bank 500 0,3 0,4 "Klassik" əmanət
Yapı Kredi Bank Azərbaycan 1000 0,25 - Dövrü qazanc
1000 - 0,5      Standart 
Kapital Bank 100 - 0,1 Kapital depoziti
AFB Bank 1000 - 1,5 Əmanət
Xalq Bank 1000 - 1   Müddətli əmanət
Premium Bank 20000 - 2 Premium əmanət

 

Ən sərfəli kredit üçün müraciət et

* PAŞA Bank - Müddətli əmanət 

Minimal məbləğ

Paşa Bank əmək haqqı sahibləri : 20 000 ş.v (Region filiallarında 15 000 ş.v)

Digər müştərilər: 30 000 ş.v (Region filiallarında 20 000 ş.v)

Faiz dərəcəsi 

Depozitin valyutası, müddəti və faizlərin alınması sxemindən asılı olaraq təyin olunur

Müddətli əmanət - haqqında ətraflı məlumat əldə etmək üçün 

https://www.pashabank.az/ib_deposits,500/lang,az/ linkə daxil ola bilərsiniz.

 

* Bu faizlə cəlb olunan əmanətlər tam olaraq sığortalanır.

** 30 000 ABŞ dollarından çox olan əmanətlərə aiddir.