“Təqdim etdiyimiz yeni məhsullar ənənəvi biznes kreditlərindən daha sərfəlidir” | Banco.az

“Təqdim etdiyimiz yeni məhsullar ənənəvi biznes kreditlərindən daha sərfəlidir”

Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə: “Təqdim etdiyimiz yeni məhsullar ənənəvi biznes kreditlərindən daha sərfəlidir”

Son zamanlar ölkədə Kiçik və Orta Sahibkarlığın inkişafına böyük önəm verilir. Sahibkarların daha səmərəli və şəffaf işləməsi üçün bütün zəruri şərait yaradılır. Təbii ki, sahibkarlığın inkişafı üçün maliyyələşmə kanalının olmasına böyük ehtiyac var. Bu səbəbdən də Kapital Bank sahibkarların maliyyələşməsi istiqamətində yeni məhsullar təqdim edir, həmçinin bir sıra aksiya və kampaniyalar keçirir. Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə məhsulların şərtləri və yeniliklər barədə olan suallara cavab verib.

 

  • Fərid müəllim, Kapital Bank-ın yeni təqdim etdiyi Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsulları nələri əhatə edir və kimlər üçün nəzərdə tutulub?

Əvvəlcə onu qeyd edim ki, Ticarət əməliyyatlarının maliyyələşdirilməsi – Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirmə olmaqlaüç məhsuldan ibarətdir.Buməhsullardan hüquqi şəxs və fərdi sahibkarlar rahatlıqla istifadə edə bilər. Xüsusən də, əsashədəfimiz olankiçik və orta sahibkarlıqla (KOS)məşğul olan müştəriləri nəzərə alaraq, bu məhsullar üzrə bazara əlverişli şərtlər təqdim edirik.

Biz geridə qoyduğumuz 2018-ci il ərzində ilkin Faktorinq məhsulunu test etdik.Nəticələrin uğurlu alındığını və bu növ məhsullara bazarda yetərincətələbat olduğunu nəzərə alaraq, kütləvi satışlarına start verdik.

 

  • Az öncə qeyd etdiyiniz, Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirmə məhsullarının mahiyyəti və üstünlükləri nələrdən ibarətdir?

Öncə onu qeyd etmək istərdim ki, bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə imkanı verir. Beləki, Faktorinq və Satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı,satdığı malın dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən,etdiyi satış dəyərinin 90%-ə qədərini Kapital Bank tərəfindən dərhal əldə edə bilir. Təchizat öncəsi maliyyələşdirmə məhsulundan istifadə zamanı isə satıcı, alıcı ilə bağladığı müqavilə və ya ondan qəbul etdiyi alış sifarişi əsasında Kapital Bank-a müraciət etməklə,təchiz ediləcək mallar və ya görüləcək işlər üzrə öncədən maliyyələşmə əldə edə bilir.

Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarınınüstünlüklərinə gəldikdə isə, əsas olaraq girov tələbinin olmadığını qeyd etmək olar. Bundan başqa satıcı biznesini davam etdirmək üçün satış dəyərinin 90%-ə qədərini Kapital Bank-dan əvvəlcədən alıb,daha rəqabətə davamlıməhsullar təklif etmək imkanına malik olur. Həmçinin bu məhsulun alıcıdan avans tələb etməməsi, məzənnə dəyişikliyi, inflyasiya və likvidlik risklərinin olmaması kimi üstünlükləri də vardır.

Daha anlaşıqlı olması üçün bir-neçəsadə nümunə üzərindən davam etmək istərdim. Misal üçün, sahibkar10000 manatlıq satış edib. Amma müştəri ilə malın dəyərinin 90 gün sonra ödənilməsini haqqında razılıq var. Bu halda sahibkar bu satışı təsdiq edən sənədlərlə Kapital Bank-a müraciət edərək, Faktorinq və ya Satışın maliyyələşdirilməsi məhsullarından istifadə edə bilər. Nəticədə o, 90 gün gözləmədən 10000 manatın 90%-ə qədərini, yəni 9000 manatını dərhal alacaq. Qalan hissəni isə alıcı, ödənişi edən zaman əldə edəcək.

Yaxud təsəvvür edin ki, sahibkar çox önəmli bir müştəridən dəyəri 50000 manat olan sifariş qəbul edib. Amma həmin sifarişi icra etmək üçün hazırda kifayət qədər vəsaitiyoxdur. Bu zaman sahibkar, bu sifarişi təsdiq edən sənədlərlə birgə Kapital Bank-a müraciət edib, ifariş dəyərinin 90%-ə qədərini, yəni 45000 manatını öncədən əldə edib, sifarişi rahatlıqla icra etmək olar. Alıcı isə öz növbəsində əvvəlcədən avans ödənişi etmədən, sifariş icra olunduqdan sonra onun tam dəyərini ödəyir.

Ən sərfəli kredit üçün müraciət et

 

  • Bəs nəyə görə müştərilər onlara daha yaxşı məlum olan biznes kreditindən deyil, bu məhsullardan istifadə etməlidirlər?

Təbii ki, müştərilər biznes kreditlərindən də istifadə edə bilər. Lakin bu zaman kredit rəsmiləşdirilməsi üçün müştəri haqqında daha çox məlumat və daha çox sənəd tələb olunur. Maliyyə vəziyyətinin qiymətlənidirilməsiilə birgə kreditin rəsmiləşdirilməsi prosesi bir qədər vaxt aparır. Vaxt isə, bildiyimiz kimi, biznesdə ən dəyərli resursdur.Bunlarla yanaşı girov tələbinin olmaması məhsula əlavə üstünlük qazandırır.

 

  • Ümumiyyətlə Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarını hansı müştərilər üçün daha münasib hesab edirsiniz?

Bu məhsulları daha çox KOS seqmentinə aid müştərilər üçün münasib hesab edirəm. Çünki, KOS seqmentində olan müştərilər üçün çeviklik və yeni etibarlı ticarət partnyorlarının tapılması əsas amillərdəndir. Bu maliyyələşmə alətləri də müştərilərimizə çevikliyi və etibarlı ticarət əlaqələri qurmağı təmin edə bilir. Eyni zamanda, nisbətən kiçik bizneslər üçün maliyyə resursu axtaran zaman əsas problemlərdən biri olan girov tələbi Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarında yoxdur.

 

  • Bu məhsullar üzrə Kapital Bank olaraq müştərilərdən olan gözləntiləriniz nələrdən ibarətdir?

Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının tətbiq edilməsi müştərilərin rəsmi şəkildə apardıqları əməliyyatlar üzrə mümkündür. Bunun üçün müştərilərdən olan gözləntilərimizdən biri şəffaf mühasibatlıq sistemlərinə malik olmaları və onu səmərəli şəkildə tətbiq etmələridir. Şəffaf mühasibatlıq sisteminin mövcudluğu müştərilərimiz üçün bu məhsulları daha əlçatan edəcək. Eyni zamanda ölkəmizin vergi sistemində aparılan islahatlar sahibkarların şəffaf mühasibatlığa keçməyini təşviq edəcək və ümumilikdə ölkə iqtisadiyyatına müsbət töhfə verəcək.

 

  • Ölkədə son dövrlərdə prioritet olaraq önə çıxan KOS seqmenti üzrə Kapital Bank-ın daha hansı məhsul təklifləri vardır?

Kapital Bankkiçik və orta sahibkarlığın inkişafınavə maliyyələşməsinə böyük önəm verir. Artıq KOS seqmentinə aid müştərilərə daha keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün Kapital Bank-ın bir sıra filiallarındaxüsusi mərkəzlər yaradılıb. Bundan əlavə, KOS müştərilərinə hesablaşma və xəzinə xidmətləri, məsafədən bankçılıq, biznes krediti, əmək haqqı layihələri, biznes kartlar, inkassasiya və sənədli əməliyyatlarhesab edilən – qarantiya və akkreditivlər üzrə xidmətlər də sərfəli şərtlərə təqdim olunmaqdadır.

Onu da qeyd edimki, 2019-cu ilin fevral və mart ayları ərzində Kapital Bank-la yeni əməkdaşlıq etməyə başlayan sahibkarlar üçün aksiyamız var. Şərtlər görə, filiallarımıza müraciət edən sahibkarlara hesabın açılması, sahibkar kartının verilməsi, həmçinin POS terminal quraşdırılması tam olaraq pulsuz həyata keçirilir. Üstəlik bizə müraciət edən hər 100-cü sahibkara 100 manat məbləğində hədiyyə kuponu da verilir.

Son olaraq onu da qeyd edim ki, yaxın zamanlarda Biznes Overdraft məhsulunun da kütləvi satışına başlayacağıq. Bu məhsul isə öz növbəsində müştərilərimizə aparmaq istədikləri əməliyyat üzrə hesablarındakifayət qədər məbləğ olmadıqda belə, ödənişləri həyata keçirməyi mümkün edəcək.