Tesla şirkəti Model Y elektromobilini 14 mart tarixində təqdim edəcək. Yeni model elektomobil haqqında bütün məlumatlar təqdimat zamanı məlum olacaq. İlon Mask, yeni elektroavtomobilin, daha öncə təqdim edilən Model 3-dən 10% baha olacağını və daha az gediş ehtiyatına malik olduğunu bildirib.
Həmçinin oxu: Tesla offline mağazalarını bağlamağa hazırlaşır
İlon Mask 2017-ci ildə şirkətin SUV klass avtomobil isthesal etmək planlarından söz açıb. O zaman, həmin avtomobilin Model 3 ilə eyni detal və komponentlər ilə təchiz edilməsindən bəhs etmişdir.
2019-cu il, 1 mart tarixində Tesla şirkəti online-satışların artması məqsədi ilə böyük həcmdə fəaliyyət göstərən offline mağazaların bağlanılması və Model 3 elektromobilinin qiymətinin azalması ilə bağlı açıqlama verib. Güzəştləri nəzərə almadan, ən ucuz versiya 35 min dollar qiymətindədir.
Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Илон Маск назначил презентацию Tesla Model Y
Günel Gözəlova, Banco.az