Qlobal LNG tələbatı 354 milyon tona çatacaq | Banco.az

Qlobal LNG tələbatı 354 milyon tona çatacaq

"Shell" tərəfindən çap olunan "2019 Qlobal LNG" hesabatına görə, qlobal LNG tələbatı ötən il 319 milyon tona çatıb.

Həmin hesabata görə, qlobal LNG tələbində artıma Asiyada istehlakın artması səbəb olub.

Keçən il qlobal LNG tələbində artımda ən böyük pay 16 milyon tonla Çindən gəlib. Çin hökumətinin hava keyfiyyətini artırmaq məqsədilə bir çox şəhərdə təbii qaz istifadəsinə başlaması ölkədəki tələb artımının əsas səbəbidir.

Qlobal LNG tələbinin 2019-cu ilin sonunda 354 milyon tona çatması, 2020-də isə 384 milyon tona yüksəlməsi nəzərdə tutulur.

Marja