Yaxın vaxtlara qədər "AFB Bank" ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən "Gilan" MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.
Bu barədə maliyyə bazarındakı mənbəyə istinadən xəbər verilir.
Məlumata görə, alqı-satqı bu il fevralın 7-də baş tutub.
Xatırladaq ki, H.İsmayılov həm də "AFB Bank"la birlikdə "Gilan Holdinq" MMC-yə daxil olan "Azsığorta" ASC-nin 100%-lik səhmdarı, eləcə də "Bank of Baku" ASC-nin 31,1%-lik səhmdarıdır.
report.az