WORLD IDENTITY XANIM JANA KRIMPENI 2019-CU ILIN 100 ƏN NÜFUZLU ŞƏXSLƏRI SIYAHISINA DAXIL ETMIŞDIR | Banco.az

WORLD IDENTITY XANIM JANA KRIMPENI 2019-CU ILIN 100 ƏN NÜFUZLU ŞƏXSLƏRI SIYAHISINA DAXIL ETMIŞDIR

One World Identity (OWI), Şimali Amerika və Böyük Britaniyada rəqəmsal ticarət və infrastruktura yönəldilən identifikasiya sahəsində proqramlarla məşğul olan ən nüfuzlu və müstəqil tədqiqat və strateji təşkilatlardan biridir. Əsas missiya müəssisələr, investorlar və hökumətlərə identifikasiya üzrə möhkəm, gələcəyə yönəldilmiş məhsul və strategiyaların yaradılması üçün bazar tendensiyalarını qabaqlamaqda kömək etməkdən ibarətdir. Bu, identifikasiya sahəsində fəaliyyət göstərən ən nüfuzlu və dünya şöhrətli təşkilatlardan biridir.

"İdentifikasiya sahəsində ən nüfuzlu insanlar" inteqrasiya, məhsulların yaradılması və fərdlərin şəxsi məlumatlarının qorunması sahəsində çalışan pioner, yenilikçi və liderlər hesab edilirlər. Siyahı fərdi sahibkardan nəhəng təşkilatların üzvlərinə qədər dəyişir və dövlət və özəl sektor nümayəndələrindən əlavə qeyri-kommersiya təşkilatlarını da əhatə edir. OWI Dünya Bankı, Google, Dünya İqtisadi Forumu və bir çox digər qlobal təşkilat və şirkətlərlə çalışır.

Ötən ilin müvəffəqiyyətlərinin davamı olaraq, bu il dünya miqyasında identifikasiya sahəsində TOP-100 nüfuzlu şəxslərin siyahısı bank sektoru və hökumətlərin rəhbərləri və aparıcı nümayəndələri, proqram təminatı və istehsalçılarının rəhbərləri, eləcə də nəhəng sosial şəbəkələrin mühəndisləri tərəfindən daxil edilir və təkmilləşdirilir.

Onların içərisində Facebook-un təsisçisi və baş direktoru Mark Zukerberq, Apple şirkətinin baş direktoru Tim Kuk, Böyük Britaniya hökumətinin rəqəmsal xidmətində Identity Assurance texniki arxitektoru Adam Kuper, ABŞ-ın-Oreqon senatoru Ron Uayden, Google Identity Platform rəhbəri Adam Daues, ABŞ Xəzinədarlıq Departamentinin strateji siyasət üzrə baş məsləhətçisi Enn Uolvork, Düyna Bankı Qrupunda “İnkişaf üçün identifikasiya” (ID4D) proqramının rəhbəri Vidjayanti Desai, Qlobal verilənlər bazasının idarəetmə üzrə partnyoru Uilyam Spruill və dünyanın ən iri şirkətləri və beynəlxalq təşkilatlarının bir çox nümayəndəsi vardır.   

Bu çox təqdirəlayiq hadisədir ki, xanım Jana Krimpe artıq ikinci dəfədir ki, Azərbaycanı təmsil edir. Xatırladaq ki, xanım Jana Krimpe “Asan İmza” mobil elektron imzanın operatoru hesab edilən B.EST Solutions şirkətinin təsisçisi və direktoru, həmçinin GANMI-nın həmsədridir.

Onu da qeyd etmək lazımdır ki, xanım Jana Krimpenin müxtəlif kateqoriyalarda IT sahəsində innovasiya ideyalarının təşəbbüsçüsü və onları həyata keçirən bir şəxs kimi namizədliyi irəli sürülmüşdür.

O, ölkənin inkişafına verdiyi töhfəyə görə "Azərbaycanın həqiqi səfiri" adına layiq görülmüş və Financial Times və Google-a görə "2016-cı ildə New Europe-100" sıralarına daxil edilmişdir. Onun rəhbərliyi altında iki layihə - qanunvericiliyə əsasən fiziki olaraq əl imzasına bərabər tutulan “Asan İmza” mobil elektron imza və “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı” BMT-nin İKT sahəsində ən nüfuzlu mükafatına layiq görülmüşdür.

OWI-nin məlumatına görə: "Bu, namizədlərin müsabiqə yolu ilə nominasiyası və seçilməsinin nəticəsi idi və biz sizin bu sahəyə verdiyiniz töhfəni çox yüksək qiymətləndiririk. Siz identifikasiya sahəsində çox əhəmiyyətli kompaniyanın bir hissəsinə çevrilirsiniz”.

Ən sərfəli kredit üçün müraciət et

"Mən bütün dünyada identifikasiya və rəqəmsal iqtisadiyyat üzrə texnologiyaya çox vacib töhfə verən ən nüfuzlu insanlar siyahısına artıq ikinci dəfədir daxil olduğuma görə çox məmnunluq və fərəh hissi keçirirəm”, deyə B.est Solutions şirkətinin təsisçisi və direktoru Jana Krimpe bildirmişdir. "Son 10 il ərzində B.EST Solutions mobil identifikasiyanın hər kəsə, o cümlədən maliyyə və kompüter savadının aşağı göstəricisi olan rayon və kənd yerlərinin sakinlərinə də təqdim edilməsi üzrində çalışmıdır. Mən  çox qürur hissi keçiriəm ki, Azərbaycan dünyada ilk dəfə olaraq “Asan İmza”nın əsasında m-Residency layihəsinə start verir. Son illərdə Azərbaycan onlayn biznesin aparılması rahatlığı nöqteyi-nəzərindən bir çox qərb ölkələrini qabaqlayaraq öz rəqəmsal xidmətlərini genişləndirir. Eyni zamanda Azrbaycan neftə əsaslanan  ənənəvi iqtisadiyyatdan yeni ticarət sahəsində istiqamətlənir”.

Gələn ay B.EST Solutions şirkəti Las Veqasda OWI tərəfindən təşkil olunan KNOW 2019 konfransında təmsil olunacaqdır. Dördüncü ildir ki, konfrans, qabaqcıl start-up, yüksək keyfiyyətli kontent və qlobal liderləri, siyasətçiləri və investorları cəlb etmək bacarığı və onlara dəstək ilə tanınır. Jana Krimpe, mobil identifikasiya, blokçeyn, süni intellekt və bir çox aşağı gəlirli əhalinin imkanlarının genişləndirilməsi və aşağı keyfiyyətli xidmətlər bazarında maliyyə əlyetərliyinin genişləndirilməsinə əsaslanan "Hər kəs üçün innovasiya" sessiyasında iştirak edəcək.

“Asan İmza” haqqında:

Həllin mobilliliyi və istifadədə rahatlılığı sayəsində “Asan İmza” vətəndaşlar və biznes mühitində artan populyarlıq əldə etmiş və mobil hökumətin açar komponenti hesab edilməkdədir. Hal-hazırda 500-dən çox dövlət və özəl elektron xidmətləri öz sistemlərində “Asan İmza”dan istifadə edirlər. “Asan İmza” müxtəlif dövlət və özəl strukturların çağrı mərkəzlərinə də inteqrasiya olunmuşdur. Onun köməyilə elektron vergi bəyannamələrinin verilişi, mal və transsərhəd xidmətlərinin gömrük xidmətində bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir.

http://www.asanimza.az

Azexport.az və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı portalı haqqında:

“Asan İmza” Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan Azexport.az portalına inteqrasiya olunmuş, həmçinin ölkədə elan edilən “Made in Azerbaijan” konsepsiyasını izləməkdədir. Bu gün portal Azərbaycanda istehsal olunan malların ixracını dəstəkləyir və Alibaba.com, Wholesale və All.biz kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı əsasında daxili ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) kimi Azexport.az portalının işinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir. Bu sərəncama əsasən “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaqdır. Məhz buna görə “Asan İmza” İslam ölkələri üçün yeni inqilabi transsərhəd layihəsini təmsil edir. 

http://www.azexport.az