"OPEC+in taleyi İranla bağlı vəziyyətə aydınlıq gələndən sonra müəyyənləşəcək" | Banco.az

"OPEC+in taleyi İranla bağlı vəziyyətə aydınlıq gələndən sonra müəyyənləşəcək"

"OPEC+in sazişinin taleyi İrana qarşı sanksiyalarla bağlı vəziyyətin aydınlaşmasından sonra aprel ayında müəyyənləşəcək".

Bu barədə "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

"Hər şey apreldə İran ətrafındakı vəziyyətin necə inkişaf edəcəyindən, sanksiyaların nə dərəcədə güclü olacağından asılı olacaq", - o deyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən il dekbarın 7-də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və kartelə daxil olmayan ölkələrin nazirlərinin Vyana şəhərində keçirilən V iclasında neft hasilatının 2018-ci ilin oktyabr göstəricisi ilə müqayisədə gündəlik 1,2 milyon barel azaldılmasına dair razılıq əldə edilib. Yeni qərara əsasən, 2019-cu il yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatı təxminən 20 min barel azaltmaqla bağlı öhdəlik götürüb.

report.az