ABŞ və Çin arasında razılaşma təxirə salına bilər | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ və Çin arasında razılaşma təxirə salına bilər

ABŞ Prezidenti Donald Tramp ticarət məsələləri ilə bağlı Pekinə razılıq əldə edilməsi üçün daha 60 gün ayıra bilər.

Pekində fevralın 14-15-də Çin və ABŞ arasında ticarət razılaşması üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Qeyd edək ki, dövlət başçılarının ötən ilin dekabr ayında Buenos-Ayresdə G20 sammiti çərçivəsində baş tutan əvvəlki görüşü bir sıra razılaşmaların əldə olunmasına imkan yaradıb. Vaşinqton Çin mallarına rüsumların artırılmasını təxirə salıb, Pekin isə ABŞ-dan idxalı artırıb. Dövlət başçılarının əldə etdikləri razılığa əsasən, Çin tərəfi ABŞ-ın Çin ilə ticarətdəki kəsirini azaltmaq məqsədilə Amerika mallarının alış həcmini artıracaq. Tərəflərin ticarət sazişi imzalanmasına dair öhdəlik götürdüyü müddət bu il martın 1-də başa çatır.

report.az