“Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda seminar keçirilib | Banco.az

“Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İngiltərənin Newcastle Universiteti ilə birlikdə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Layihənin əsas məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir.

“Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda təlimin ilk günü İİTKM-in Strateji planlaşdırma departamentin rəhbəri Ramil Hüseyn və Layihələr departamentinin rəhbəri Rəşad Hüseynov iştirakçılara ümumi məlumatlar təqdim ediblər. Böyük Britaniyanın Newcastle Universitetinin Biznes Məktəbinin təlimçisi Andrea Laneə 3 gün ərzində iştirakçılara innovativ təlim üsulları və alətləri barədə təlim keçirib.

 Qeyd edək ki, təlimlər layihə çərçivəsində pilot olaraq seçilən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimləri üçün təşkil olunub. Layihənin ilkin fazasında 6 nəfərin bu ilin may ayında İngiltərənin Newcastle Universitetinin Biznes Məktəbinə təcrübə və təlimin ikinci mərhələsi olaraq səfər də təşkil olunacaqdır. Bunlarla yanaşı layihə çərçivəsində tərəfdaş və bir çox digər universitetlərdə sahibkarlığın əhəmiyyəti və Britaniya Şurasının təqdim etdiyi onlayn İngilis dili kursları haqqında maarifləndirmə tədbirləri fevral ayından start veriləcək.

Ən sərfəli kredit üçün müraciət et