ABŞ Oleq Deripaskaya aid 4 şirkətə tətbiq etdiyi sanksiyaları ləğv etdi. Qlobal alüminium bazarının "rahatlaşacağı" gözlənilir.
ABŞ-ın Xəzinə Nazirliyi, Oleq Deripaskaya aid "United Co", "Rusal", "EN+ Group Plc" və "Eurosibenergo JSC" şirkətlərinə tətbiq olunan sanksiyaları ləğv edir
Oleq Deripaskaya Rusiya lideri Vladimir Putinə yaxılığı ilə tanınır.
Deripaskanın özünə tətbiq edilən sanksiyalar ləğv edilməyib, sərvətinin bloklanması da davam edir.
ABŞ Xəzinə Nazirliyinin, Oleq Deripaskaya aid "United Co", "Rusal", "EN+ Group Plc" və "Eurosibenergo JSC" şirkətlərinə tətbiq olunan məhdudiyyətin ləğv etməsilə qlobal alüminium bazarının "rahatlaşacağı" gözlənilir.
Alüminium Apreldən Deripaskanın şirkətlərinə sanksiya tətbiq ediləcəyinin açıqlanması ilə bahalaşmışdı. Son günlər sanksiyaların qaldırılacağına dair xəbərlər ilə alüminium ucuzlaşıb. Alüminium London Metal Birjasında 1.4 faiz dəyərdən düşüb.
Səkkiz ay davam edən müzakirələr nəticəsində Deripaska ABŞ Xəzinə Nazirliyi ilə razılşab. Razılaşmaya görə, Deripaska hər bir şirkətdə birbaşa və dolayı payını 50%-dən aşağı salacaq.
Marja