Avropa Mərkəzi Bankı (AMB) 2019-un ilk iclasında gözlənildiyi kimi, faiz nisbətlərində dəyişikliyə getmədi.
Bank pul siyasəti faizini sıfırda, depozit faizini mənfi 0.40%-dəvə marginal maliyyələşmə faizini də 0.25%-də saxlayıb.
AMB, ən azı yay ayına qədər faizlərin bu səviyyələrdə qalacağını təkrarlayıb.
AMB 2.6 trilyon avroluq istiqraz alışı proqramını ötən ay dayandırmışdı.
İqstiqraz alışı proqramı, 2015-ci ilin Mart ayında Avro Bölgəsi iqtisadiyyatını deflyasiya təzyiqlərdən xilas etmək və etibarı yenidən təsis etmək məqsədi ilə başlamışdı. Avropanın Almaniya, Fransa, İtaliya kimi aparıcı iqtisadiyyatlarında aşağı inkişaf investorlar arasında durğunluq narahatlıqlarını də gündəmə gətirir.
Qərardan sonra Mərkəzi Bankın sədri Mario Draghi-nin mətbuat konfransında açıqlamaları gözlənilir.
Bakı vaxtı ilə saat 17:10-da Avro/Dollar məzənnəsi 0,4% mənfidə 1.1341 səviyyəsində olub. (Avro ucuzlaşıb, Dollar bahalaşıb)
Marja