İraqdan gələn turistlər hər il artır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İraqdan gələn turistlər hər il artır

Son illər İraqdan Azərbaycana gələn turistlərin sayında davamlı artım var. Bu barədə Azərbaycanın İraqdakı səfirliyindən bildirilib.

Səbəblərdən biri kimi, İraq turistlərinə vizanın aeroportda verilməsinin dayandırılması göstərilirdi.

Səfirlikdən bildirilib ki, son 3 ildə İraq turistlərinə Azərbaycana gəlmək üçün verilən vizaların sayı sürətlə artır. Belə ki, 2016-cı ildə İraq vətəndaşlarına 35-40 min, 2017-ci ildə 60-65 min, 2018-ci ildə isə 74 min viza verilib. Başqa sözlə, xaricilərə verilən vizaların həcmində artım var.

Bununla yanaşı, bəzi ölkə vətəndaşlarına hava limanında vizaların verilməsinin dayandırılması təhlükəsizlik məqsədləri ilə bağlı olub. 

Fed.az