Samsung
Galaxy S seriyasının flaqmanları adətən ilin əvvəlində təqdim olunur, 2019-cu il də, istisna olmayacaq. Güman edilir ki, MWC-2019 (Mobile World Congress)
çərçivəsində koreya nəhəngi Galaxy S10-nun üç modeli təqdim ediləcək: Baza, Plus və Lite versiyaları.
twitter.com/venyageskin1
Bütün təqdim edilən modellər – daha əvvəl anonsu gedən Galaxy A8s kimi selfi-kamera üçün dəlikli çərçivəsiz İnfinity-O displeyi ilə təchiz olunacaqlar. Galaxy S10 Plus üçün ikili frontal kamera modulundan bəhs edilir, güman edilir ki, displeyin dəliyi də, oval formalı olacaq.
Galaxy S10 Plus ekranının diaqonalı 6,4 düym (inches), Galaxy S10 - 6,1 düym (inches), Galaxy S10 Lite isə 5,5 düym (inches) olacaq. Birinci iki smartfonda barmaq izi skaneri displeyin altında, seriyanın ən yığcam modelində isə korpusun kənarında quraşdırılacaq.
Galaxy S10 Plus smartfonunun əsas kamerası 3-lü olaraq, horizontal şəkildə yerləşəcək. Galaxy S10 və Lite modellərində isə ikili modulun olacağı güman olunur. Smartfonların prosessor seçimi zamanı 8 nanometrlik Exynos 9820 və Qualcomm Snapdragon 855 seçilib. Operativ yaddaş 8 GB, quraşdırılmış yaddaş isə 512 GB qədər olacaq.
Məlumat verilir ki, yeni smartfonları alıcılara 8 mart tarixində təqdim olunacaq.
Təqribi qiymətlər:
Galaxy S10 - 7 50 euro
Galaxy S10 Lite - 9 00 euro
Galaxy S10 Plus - 1 050 euro –dan başlayacaq.
Sony
Fevral ayında Sony şirkəti də, Xperia XZ4 flaqmanını təqdim edəcək. Sonuncu insaydlara əsasən, məhz bu smartfonda ilk dəfə tərəflərinin nisbəti 21:9 olmalıdır.
mysmartprice.com
Sony brendinin sonuncu flaqmanlarından fərqli olaraq barmaq izi skaneri korpusun yan hissəsində yerləşəcək (sonuncularda: arxa panelin mərkəzində yerləşirdi). Xarakteristikaya qaldıqda isə, batareyanın tutumu 3 900 (mAh), prosessor Snapdragon 855 və operativ yaddaş 6 GB olacaq.
Əsas kamera vertikal yerləşən üçlü moduldan ibarət olacaq. Sensor, yeni təqdim edilən Huawei Nova 4-də istifadə edilən 48 meqapikselli IMX586 olacaq. Xperia XZ4 təqdimatı ilə Sony yeni dizaynı önə çəkərək, məhsullarının satışını aktivləşdirmək fikrindədir.
Huawei
Huawei şirkəti yeni flaqmanlarının artıq bu yaz alıcılara təqdim edəcək. Söhbət P30 və P30 Pro modellərindən gedir. Güman edilir ki, birinci variant üçlü əsas kamera, ikinci isə kvartet sensor əldə edəcək. Hər iki smartfonda, modullar korpusun sol kənarında yerləşəcək.
twitter.com/venyageskin1
Huawei P30 Pro modelinin kamerası damcıvari çıxıntı yaxınlığında, adi P30 modelində isə ekran dəliyində yerləşəcək. Keyslərin dizaynına görə güman edilir ki, barmaq izi hər iki versiyada displey üzərində yerləşdiriləcək.
Smatfonların xarakteristikası haqqında məlumatda yalnız 8 nüvəli Kirin 980 prosessorundan danışılır. Qeyd edək ki, Kirin 980 Mate 20 flaqmanları ilə debüt edən Huawei – in ən güclü çipidir.
Хiaomi
2019-cu ilin ilk rübündə Xiaomi brendinin Mi 9 smartfonu da, işıq üzü görəcək. Flaqman 550 dollar dəyərində qiymətləndirilərək, Snapdragon 855 bazasında olan prosessora malik olan ən sərfəli yeni smartfon hesab edilir.
twitter.com/venyageskin1
Mi 9 - 6,4 düym (inches) ölçülü barmaq izi skaneri ilə təchiz edilmiş AMOLED ekranına və a48 meqapikselli sensor Sony IMX586 üçlü əsas kameraya malik olacaq. İki əlavə ötürücü geniş bucaq altındakı çəkiliş və itkisiz optik zum funksiyası üçün nəzərdə tutulub.
Batareya tutumu 3700 (mAh) olaraq, naqilsiz cərəyan və Qualcomm Quick Charge 5.0. texnologiyasına malik olacaq. Bəzi mənbələr qeyd etdiyinə görə: Korpus toz və nəmdən qorunacaq. Bu model telefonlarda, bu tip xüsusiyyət ilk dəfə tətbiq ediləcək.
Nokia
2019-cu ilin əvvəlində HMD Gobal şirkəti Nokia 9 PureView modelini təqdim etməyi planlaşdırır. Bəzi mənbələr ilk olaraq məhz bu modelin 5 kameraya malik olacağını, dilə gətirir. Həmçinin kameralar smartfonun arxa panelinin mərkəzində yerləşdiriləcək.
slashleaks.com
Smartfonun bu sayda modullarının olacağı faktını, internetdə yayılan şəkillər təsdiq edir (smartfonun həm öz, həm də, keyslərinin şəkilləri). Modullardan beşi müxtəlif obyektivlər, ikisi işıq və əlavə ötürücülər üçün nəzərdə tutulub. Xarakteristika barədə məlumat verilmir. Lakin qeyd edilir ki, bu model “Ən yaxşı mobil çəkiliş flaqmanı” adı uğrunda mübarizə aparacaq.
Apple
2019-cu ilin sonu, payız fəslində Apple yeni nəsil iPhone təqdim edəcək. Təqdimata çox vaxt qalsa da, məlumata görə payız aylarında 3 model birdən təqdim olunacaq.
dazeinfo.com
Yeniliklər arasında üçlü Apple A13 prosessoru, Lightning modulunun USB Type-C ilə əvəz olunması və Apple Pencil modulunun yeni rəqəmsal stilusları dəstəklədiyi barədə məlumatlar qeyd olunub.
İki əsas model, daha dar çərçivələrə malik olaraq “çıxıntı” – dan məhrum olacaq. Bütün ötürücülər və kamera birləşərək, displeydə yerləşdiriləcək. Face ID ilə yanaşı Touch ID funksiyasının ekrana inteqrasiya edəcəyi də, qeyd edilir.
Beləliklə, tam əminliklə qeyd etmək olar ki: 2019-cu il bir çox aparıcı telefon şirkətlərinin yeni nəsil smartfonları üçün "təqdimat ili" olacaq.