Bu il paytaxtın istehlak bazarı 3%-dən çox artıb | Banco.az

Bu il paytaxtın istehlak bazarı 3%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhalinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 23 milyard 263,1 milyon manat olmaqla 2017-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,5% artıb.

Bakı şəhər Statistika İdarəsinin məlumatına görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,9%-ni qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 3,8% üstələyərək 22 milyard 319,8  milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin əvvəlindən hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 7  milyard 697 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 32,4 milyard manata bərabər olmuşdur. 

© Report