SOCAR şirkətinə (ARDNŞ) 2019-cu ildə dövlət büdcəsindən nizamnamə kapitalının artırılması üçün 481,6 manat ayrılacaq. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.
“2019-cu il üçün dövlət büdcəsində SOCAR-ın nizamnamə kapitalının artırılmasına 481,6 manat ayrılacaq”, - nazirlikdən qeyd ediblər.
Xəbər verildiyi kimi, SOCAR-a “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında quyuların qazılması üçün 2018-ci il dövlət büdcəsində 663,2 mln. manat ayrılacaq. Bu vəsait SOCAR-ın nizamnamə kapitalının artırılması vasitəsilə həyata keçiriləcək.
2017-ci ilin sonuna SOCAR-ın nizamnamə kapitalı 3 mlrd. 36 mln. manat təşkil edir.
© İnterfaks-Azərbaycan