19 dekabr 2018-ci il tarixində JW Marriott Absheron Baku hotelində Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi “Bankçılıq Mükafatları-2018” mərasimində ASC “Xalq” Bankı cəmiyyətin maraqlarına xidmət edən layihələri, ölkədə sosial, idman, mədəniyyət sahələrinə dəstəyi və xalqımızın mədəni irsinin dünyada təbliği və tanıdılması istiqamətində fəaliyyətinə görə “Korporativ sosial məsuliyyət” (KSM) nominasiyası üzrə mükafatlandırıb.
Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirində kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının rəhbərləri, dövlət maliyyə strukturların nümayəndələri və tərəfdaş KİV-lər iştirak edib.
Mükafatlandırma mərasimində 2018-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırıldığı qeyd edilib.
Xalq Bank həyata keçirdiyi layihələrə görə dəfələrlə KSO sahəsində mükafatlara layiq görülüb.