5 bankın Mərkəzi Bankdakı vəsaitləri artıb, 11 bankın isə azalıb | Banco.az

5 bankın Mərkəzi Bankdakı vəsaitləri artıb, 11 bankın isə azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 5-də müsbət, 11-də isə mənfi dinamika müşahidə edilib.

Mərkəzi Bankdakı vəsaitlərini artırmış banklar "Muğan Bank", "AGBank", Pakistan Milli Bankının Bakı filialı, "Naxçıvan Bank" və "Bank Silk Vey"dir. Ən yüksək dinamika "Muğan Bank"da (8,4 dəfə), ən aşağı dinamika isə "Banl Silk Vey"də  (3,5%) qeydə alınıb.

İl ərzində Mərkəzi Bankdakı vəsaitləri azalmış 11 bank arasında ən kəskin azalma "Günay Bank"da (91,9%), ən yumşaq azalma isə "Kapital Bank"da (0,7%) baş verib.

Mərkəzi Bankdakı vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.

Ən sərfəli kredit üçün müraciət et

5 bankın Mərkəzi Bankdakı vəsaitləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 5-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.

Vunlar "Kapital Bank" (601,986 milyon manat), "Xalq Bank" (89,968 milyon manat), "Access Bank" (82,792 milyon manat), "Naxçıvan Bank" (69,03 milyon manat) və "Muğan Bank"dır (66,872 milyon manat).

Qalan 11 bankdan 5-nin Mərkəzi Bankdakı vəsaitləri 10 - 50 milyon manat arasında, 6 bankda isə 1- 10 milyon manat arasındadır.

Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır. 

marja.az