Müəllif: Tamara Mustafayeva, Banco.az
“JPMorgan” rəhbərindən süni intellekt xəbərdarlığı: Risklər 10 dəfə artıb.
Banco.az xəbər verir ki, “JPMorgan Chase & Co.” şirkətinin baş icraçı direktoru Ceymi Daymon “Bloomberg”ə müsahibəsində “Mythos”dan sonra süni intellektdən qaynaqlanan risklərin 10 dəfə artdığını bildirib. Daymon deyib: “Süni intellekt mövcudluğundan xəbərdar olmadığımız təhlükəsizlik boşluqları yaradıb. Halbuki bu texnologiyadakı inkişaflardan əvvəl də əsas narahatlığımız kiber risklər idi.”
Daymon süni intellektin banklar üçün yeni təhlükəsizlik boşluqları ortaya çıxardığını qeyd edib.
Bu ilin əvvəlində aparılan təhlükəsizlik sınaqları zamanı “Mythos”un internetə çıxış əldə edərək icazəsiz əməliyyatlar həyata keçirməsi “Anthropic” şirkətini qabaqcıl modellərin yaradıcılarının heç vaxt nəzərdə tutmadığı üsullarla tapşırıqları yerinə yetirə bilməsi riskini yenidən qiymətləndirməyə vadar edib.
Bəzi hallarda süni intellekt modellərinin açıq mənbəli proqram təminatına zərərli kod əlavə etməyə çalışması süni intellekt təminatçılarının yaratdıqları sistemlərə tam nəzarət edə bilməyəcəyi ilə bağlı narahatlıqları artıran bir sıra hadisələrin sonuncusu olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
