Daxili Audit üzrə müfəttiş | Banco.az
Bank of Baku

Daxili Audit üzrə müfəttiş

Vakansiya haqqında məlumat: 

 

Əsas vəzifə və öhdəliklər

  • Təsdiq edilmiş audit planına uyğun yoxlamaların aparılması
  • Daxili nəzarət sisteminin effektivliyinin və adekvatlılığının yoxlanılması
  • Bankın bütün strukturları üzrə onların Əsasnamə funksiyalarına uyğunluğunun və işçilərin vəzifə təlimatlarının icrasının yoxlanılması
  • Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və Mərkəzi Bankın normativ hüquqi aktlarına və göstərişlərinə, Bankın daxili prosedur-qaydalarına riayət olunmasını təmin edən sistemlərin yoxlanılması
  • Mütəmadi olaraq hesabatların təqdim edilməsi

Seçim meyarları

  • Ali iqtisadi və ya hüquqi təhsil
  • Əla Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili bilikləri
  • MS Office proqramları, xüsusilə, Excel proqramı ilə praktiki işləmək bacarığı
  • Yüksək təhlil qabiliyyəti
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi 

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək üçün: https://bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform