Software tester
“Bank Respublika” ASC “Software tester” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır.Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Mobil və Web proqram təminatlarının test edilməsi;
- Test keyslərinin yazılmasi;
- Test strategiyaları və test ssenarilərinin hazırlanması və sənədləşdirilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Proqram təminatlarının test edilmə metodologiyaları üzrə bilgilər;
- Mobil və Web proqram təminatlarının test edilməsi üzrə təcrübə;
- Texniki sənədləşmə üzrə təcrübə (test ssenariləri və keysləri, istifadə kitabçaları);
- APİ Server-lərin test etmə bacarığı, JSON / XML formatları üzrə bilgilər
- RDBMS sistemləri üzrə təcrübə, SQL dili üzrə biliklər (orta səviyyədə).
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Software tester” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.