Azərbaycanda fəaliyyət göstərən sığorta agentlərini mənfi xəbərlər gözləyir.
2019-cu ildən etibarən onların sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməsi mümkün olmayacaq.
Bu barədə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulur. Dəyişikliyə əsasən, bəzi kateqoriyadan olan ödəyicilər, o cümlədən lisenziyalaşdırılan sahədə fəaliyyət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.
Sığorta agentliyi də lisenziyalaşdırılan fəaliyyət olduğuna görə, onların da sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyəti mümkün olmayacaq. Yəni onlar ƏDV ödəyiciləri kimi fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, sadələşdirilmiş vergi ödəyiciləri dövriyyənin 2%-4% -i (müvafiq olaraq regionlarda və Bakıda) qədər vergi ödəyirdilər. Gələn ildən isə sadələşdirilmiş verginin dərəcəsinin bir qədər də endirilərək bütün ölkə üzrə 2% olması gözlənilir.
ƏDV isə 18%-lə hesablanır, gələn il üçün vergi dəyişikliklərində bəzi sahələr üçün ƏDV-nin fərqli dərəcəərlə tutulması təklif edilir. Amma hələlik təkliflərin hansı sahələrə aid olması və onların qəbul edilib edilməyəcəyi məlum deyil.
© FED